Qubada aksiya keçirilib - YENİLƏNİB - FOTO

Qubada aksiya keçirilib - YENİLƏNİB - FOTO

Quba Rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında etiraz aksiyası keçirilir. SİA-nın şimal bürosunun məlumatına görə, insanlar öncə səhər saatlarında mərkəzi meydanda, məscidin qarşısında toplaşıblar. Etirazçılar Quba rayonu İcra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları artıq icra hakimiyyətini qarşısında çay evini yandırıblar. İcra hakimiyyətinin şüşələri sındırılıb.

Hazırda etirazçılar Quba Olimpiya Kompleksinin qarşısında yerləşən İcra başçısının evini qarşısına yürüş edirlər. Qeyd edək ki, Quba rayon icra hakimiyyətinin başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O, üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılmayıblar. Onları dağıtmaq istəyən polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Əraziyə Daxili qoşunların əsgərləri cəlb olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə