Azərbaycanın Tərtər rayonunda yaşayış evində partlayış olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğınla nəticələnən partlayış Kəngərli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli yeddi otaqlı evdə qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə maye qaz balonunun partlaması nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB