İsmayıllıda “Ai-93” benzinini “Ai-95” adı ilə satan şəxs tutulub

İsmayıllıda “Ai-93” benzinini “Ai-95” adı ilə satan şəxs tutulub
Azərbaycanda istehlakçıları aldadan, "Ai-93" benzinini "Ai-95" adı ilə satan yanacaqdoldurma məntəqəsinin direktoru barəsində cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xırdalan şəhər sakini Şahmar Məmmədovun təsisçisi və direktoru olduğu, İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində çənlərin möhürlərinə müdaxilə etməklə istehlakçıları qiymətdə, çəkidə və keyfiyyətdə aldatdığı məlum olub. Həmçinin o, "Ai-93" markalı benzini "Ai-95" adı ilə satışını təşkil edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə