Fevralın 28-də M.Müşfiq küçəsində yerləşən tikinti şirkətinin həyətindəki fəhlə yataqxanasından Xaçmaz rayon sakini Rasim Rasimov və Şəki rayon sakini Raqif Abdullayev kustar üsulla qapıları açaraq Banqladeş vətəndaşları Rahman Setauntun mobil telefonunu, İqbal Hüseynin qol saatını, Sayul İslamın yaddaş kartı və qulaqcığını, Mia Litonun mobil telefonunu və 40 manatını, Ali Səlahəddinin mobil telefonunu, Miah Salimin və Asiq Uzamanın 40 manat və qol saatlarını oğurlayıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisəni törədənlər DİN BMİ və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB