Şabran şəhərində intihar hadisəsi baş verib

Şabran şəhərində intihar hadisəsi baş verib

Şabran şəhərində intihar hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Ramazanov Pənah Vaqif oğlu sərxoş halda özünü "Samur-Abşeron" su kanalına atıb.

Məlumata görə, 40 yaşlı P.Ramazanov kafedə yeyib-içib. O sərxoş halda kafedən çıxıb və kanalın yaxınlığına gələrək özünü suya atıb.Hazırda P.Ramazanovun meyitinin tapılması üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə