Fevralın 9-u saat 22 radələrində 2 naməlum şəxs Naxçıvani küçəsində yaşayan Tofiq İmanova məxsus, içərisində 6 min manat dəyərində danışıq kartları və 500 manat olan əl çantasını əlindən alaraq qaçıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Məmmədov fevralın 28-də tutulub, cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Əqidə Ağacanov fevralın 28-də tutulub. 12-ci PB həm də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mahir Tarverdiyevi də yaxalayıb. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tahirə Rzayeva fevralın 28-də tutulub.
Fevralın 9-da Xanlar küçəsində yaşayan Nigar Rzayevanın evindən açar seçmə yolu ilə videokamera oğurlanıb. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Maştağa qəsəbə sakini Canbaxış Babayev fevralın 28-də tutulub.
Oktyabrın 1-nə keçən gecə Cavadxan küçəsində yerləşən Bakı şəhər sakini Ramil İbrahimova məxsus "Best-Playstation" klubundan qapını sındırma yolu ilə 10 ədəd televizor oğurlanıb. Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Məmmədov yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB