Şəmkirdə baş verən yanğında 150 baş mal-qara tələf olub - FOTO

Şəmkirdə baş verən yanğında 150 baş mal-qara tələf olub - FOTO

Dünən gecə saatlarında Şəmkir rayonun Qapanlı kəndindəki fermalardan birində baş verən yanğın fermerlərə sözün həqiqi mənasında baha başa gəlib. SİA-nın bölgə müxbirinin məlumatına görə, ümumi sahəsi 306 kv.m olan ərazinin 150 kv.m tamamilə külə dönüb. Nəticədə 150 baş xırdabuynuzlu mal-qara tələf olub.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə və Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alovun qarşısını almaq mümkün olub. 40 baş iri və 400 baş xırdabuynuzla mal-qara xilas edilib. Hazırda faktla bağlı araşdırmalar aparılır. İlkin məlumatlara görə, hadisə elektrik naqillərində baş verən qısa qapanma nəticəsində baş verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə