FHN müdavimləri arasında qanlı hadisə olub

FHN müdavimləri arasında qanlı hadisə olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) müdavimləri arasında qanlı hadisə olub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müdavimləri arasında baş verən mübahisə bıçaqlaşma ilə bitib.

"Müdavim 20 yaşlı Əkbər Məmmədov münaqişə zəminində digər müdavim 19 yaşlı Şəhriyar Hacıyevə bıçaqla xəsarət yetirib. Əkbər Məmmədov tutulub. İlkin yoxlama aparılır" – deyə, nazirlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə