Qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib

Qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib

Göyçay rayonunda qadınları fahişəliyə cəlb edərək qazanc əldə edən şəxs tutulub. Rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, rayonun Şıxbəy kənd sakini 1961-ci il təvəllüdlü Vəliyev İlqar Mahmud oğlunun tanışlıq münasibəti olan iki qadını-Şəkili kənd sakini 1974-cü il təvəllüdlü Mehdiyeva Raya Əjdər qızını və Çərəkə kənd sakini 1986-cı il təvəllüdlü Mollayeva Vüsalə İlham qızını fahişəliyə cəlb edərək maddi gəlir əldə etdiyi faktı aşkarlanıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Vəliyev tutularaq rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı CM-nin 243.1 maddəsi ilə (fahişəliyə cəlb etmə) cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə