Göyçay rayon ərazisində günün ikinci yarsı əsməyə başlayan güclu külək bir sıra fəsadlar yaradıb. SİA-nın məlumatına görə, küləkdən bir qədər sonra rayonun 6 kəndində müxtəlif yerlərdə naməlum səbəblərdən yanğınlar baş verib. Qısa müddətdə yanğın geniş ərazini əhatə edib. Ərazidə olan quru otlaq sahələri yanaraq kül olub. Yanğın rayonun Cəyirli kəndindən başlayaraq eyni vaxda Şıxbəy, Çaxırlı, Mollahacılı, Kürdəmiş, Qızılağac kəndlərinin ərazisində də geniş yayılıb. Yanğın olan ərazilərə FHN –nin Goyçay yanğından mühafizə xidmətinin 4 maşını və canlı qüvvəsi, əlavə kömək olaraq Ucar rayonundan da 1 maşıı və canlı qüvvə cəlb edilib. Havanın küləkli olması yanğınsöndürənlərin işinə mane olub. Təxminən 6 saatdan sonra yanğın söndürülüb.Yanğından mühafizə xidmətinin növbə rəisi Elşad Muradovun verdiyi məlumata görə, ümumilikdə yanğın baş verən ərazi 67 hektarı əhatə edir. Yanğının başvermə səbəbi kimi ilkin versiya olaraq sakinlərin ehtiyatsızlığı göstərilir.
Qeyd edək ki, yanğın zamanı Mollahacılı kənd qəbirstanlığına da od düşərək yanıb. Bundan başqa ərazidən keçən rabitə dirəklərinin də yandığı bildirilir. Kənd sakinlərindən aldığımız son məlumatlara yanğın tam olaraq södürülsə də əksər kəndlərdə bu saatlarda da az-az tüstü müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB