"Yahova şahidi" qiyamət günü qorxusuyla bütün ailəsini doğradı

"Yahova şahidi" qiyamət günü qorxusuyla bütün ailəsini doğradı

52 yaşlı yahova şahidi Qiyamət gününün qorxusuyla bütün ailəsini qırandan sonra özünü də öldürmək istəyib. Faciə Şimali Osetiyada baş verib. 52 yaşlı Teymuraz Bedoşvili 85 yaşlı anasını, 21 yaşlı qardaşı qızını və 50 yaşlı doğma qardaşını doğrayandan sonra, özü də həyatla vidalaşmaq istəyib.


Onun artıq bir neçə ildir ki, "Yahova şahidləri" sektasının üzvü olduğu və ailəsini də ora cəlb etmək istədiyi aydın olub.


Hüquq-mühafizə orqanı kişinin daim dini ədəbiyyatla gəzdiyini və küçələrdə payladığını bildirib. Son zamanlar isə evdə Qiyamət Günü ilə əlaqədar söhbətlər salırmış.


Gecə yarısı o əlinə bıçaq götürərək, evdəkilərin hamısını doğrayıb. Anası və qardaşı qızı təcili yardım gələnə kimi bıçaq yarasından ölüblər. Qardaşı və özü isə xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə