Milli Ordunun zabiti yol qəzasında dünyasını dəyişib - FOTO

Milli Ordunun zabiti yol qəzasında dünyasını dəyişib - FOTO

Bakı-Qazax yolunun 137-ci kilometrliyində növbəti ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Hacıqabul rayonun Muğan qəsəbəsi ilə Qarasu kəndi ərazisində Nəqliyyat Nazirliyinə məxsus, Zaqatala sakini, 1966-cı il təvəllüdlü Zeynalov Akif İbadulla oğlunun idarə etdiyi "DAEVO" markalı 10 TG 167 nömrəli sərnişin daşıyan avtobus "VAZ 2107" markalı 10 XG 157 nömrəli avtomobil toqquşub.

"VAZ 2107"nin içərisində Fizuli rayonunda yerləşən "N" saylı hərbi hissənin zabitləri olub. Jiqulidə olan 3 nəfərdən biri - 1985-ci il təvəllüdlü, hərbi həkim Babayev Sərxan Alim oğlu hadisə yerində dünyasını dəyişib. Digər 2 nəfər 1987-ci il təvəllüdlü Balakən sakini leytenant Əliyev Pərviz Alı oğlu, 1988-ci il təvəllüdlü Bakı şəhəri Binəqədi rayon sakini leytenant Həsənov Ehtiram Elxan oğlu isə ağır yaralanaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişən hərbçinin kimliyi müəyyənləşir.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə