Samux rayonunda bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə fevralın 26-sı gecə saatlarında Gəncə-Samux yolunun 1-ci kilometrliyində qeydə alınıb. 1982-ci ildə anadan olan və "N" saylı hərbi hissədə gizir vəzifəsində çalışan Abdullayev Nizaməddən Məzahir oğlunun idarə etdiyi "VAZ 21063" dövlət nömrə nişanlı avtomobilini ağaca çırpıb. Nəticədə sürücü ilə avtomobildə olan hərbiçi Seyidov Şaiq Əliheydər oğlu və Samux rayon sakini Ələsgərov Rəfi Mikayıl oğlu xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Bütün səylərə baxmayaraq Rəfi Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb. Samux rayon Polis Şöbəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qəzanın səbəbləri Gəncə şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırılır. İlkin istintaq məlumatlarına əsasən hadisəyə səbəb yüksək sürət olub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB