Ağcabədidə üç avtomaşın toqquşub

Ağcabədidə üç avtomaşın toqquşub

Ağcabədidə üç avtomaşın toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayonunun Hindarx qəsəbəsi ərazisində qəsəbə sakinləri Mübahir Nəsirovun idarə etdiyi \"Hyundai\", Mahir Mirzəyevin idarə etdiyi \"VAZ-21061\" və Ərəstun Məmmədovun idarə etdiyi \"VAZ-2106\" markalı avtomaşınlar toqquşub. Nəticədə, xəsarət almış Ə.Məmmədov və sərnişinləri Sonya İsayeva və Seyfəddin İsayev xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə