Avtomaşını qaçıranlar qəzaya düşdü

Avtomaşını qaçıranlar qəzaya düşdü

Qaradağda üç dost maşın qaçırıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ötən gecə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən Astara rayon sakini Taleh Əkbərov tərəfindən Lökbatan qəsəbə sakini Novruz Əsədova məxsus \"VAZ-2107\" markalı avtomaşın qaçırılıb və qəsəbə ərazisində idarə edilərkən maneəyə vurulub.

Nəticədə xəsarət almış T.Əkbərov və sərnişinləri Kənan Bədəlzadə və Sabir Səlimov xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə