Bakıda avtobusun altında qalan kişi ölüb

Bakıda avtobusun altında qalan kişi ölüb
Bakıda avtobusun altında qalan kişi ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, bədbəxt hadisə ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı Fazil Omarov \"Mersedes\" markalı avtobusu təmir edərkən qaldırıcının nasazlığından avtobusun altında qalaraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə