Şirvanda fərdi yaşayış evi uçub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Şirvan şəhərinin 1 May küçəsi 74 ünvanında yerləşən, 1937-ci il təvəllüdlü Quliyeva Şəfiqə Əliağa qızına məxsus, palçıq kərpicdən tikilmiş evin bir hissəsi uçub. Ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Evdə 3 ailənin 8 nəfər üzvü yaşayırdı. Uçqun zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Ev sahibi qeyd edir ki, Kür daşqınları zamanı həyətdə qrunt suları yaranmışdı. Evin qəzalı vəziyyətə düşərək uçmasına səbəb həyətə qrunt sularının yığılması olub. Xatırladaq ki, həmin ev Kür çayının sahilinə yaxın məsafədə yerləşir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB