Tərtər şəhərində xəstəxanada yanğın olub. SİA-nın verdiyi məlumata görə, yanğın xəstəxananın ərazisində ümumi sahəsi 405 kv.m olan ikimərtəbəli inzibati binanın damında meydana gəlib. Dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB