Bakının Səbail rayonunda şirkətdən oğurluq edən mütəşəkkil dəstənin üzvləri tutulub. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Tahirbəyliyə məxsus "Hyundai" markalı avtomaşının təkərlərini sökərək oğurlamış Bakı şəhər sakinləri Taleh Şirinov, Məlik Məlikov, Əli Məmmədov və Vasif İsmayılov tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların yanvarın 25-də Elnarə Məmmədovaya məxsus turizm şirkətindən 3 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd tozsoran, şirkətin kamera görüntülərinin yaddaş qurğusu və içərisində sənədlər olan seyfi oğurlamaları da müəyyən edilib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB