Bərdədə yanğın baş verib

Bərdədə yanğın baş verib. SİA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, dünən Bərdə şəhərində beşmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsində yanğın baş verib.

Yanğın zamanı ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət qonşu mənzildə aynabəndin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə