Nişanlı qız özünü asdı

Bakının Qaradağ rayonunda gənc qız özünə qəsd edib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ötən gün Müşfiq qəsəbəsi 5 B mənzil 44 ünvanında yaşayan 20 yaşlı Aybəniz Vəliyeva özünü asıb. Mərhumu anası qızını mətbəxdə asılmış vəziyyətdə aşkarlayıb.

A.Vəliyevanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Bildirilib ki, o, nişanlı idi və bir müddət sonra toyu olacaqdı. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə