Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli miqdarda saxta sement dövriyyədən çıxarılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, \"Qaradağ Special\" MMC-nin direktoru, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Qurbanovun müvafiq icazə olmadan \"Qaradağ Tikinti Materialları\" ASC-də \"Qaradağ\" sement zavodunun istehsal etdiyi \"Special\" əmtəə nişanına oxşar kisələrə mənşəyi məlum olmayan sementi dolduraraq satışını təşkil etməsi müəyyənləşib.
Baxış zamanı Yasamal rayonu Şərifzadə küçəsindəki \"İnşaat\" mağazasından əlavə olaraq 53 kisə sement, \"Qaradağ Tikinti Materialları\" ASC-nin anbarında isə saxta 5450 ədəd \"Spesialist\" əmtəə nişanlı boş sement kisəsi aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB