Sabirabad sakini həkimin unutduğu qayçını 1 il 6 ay qarnında gəzdirib - ŞOK

Sabirabad sakini həkimin unutduğu qayçını 1 il 6 ay qarnında gəzdirib - ŞOK

Sabirabad şəhər İlham İsgəndərov küçəsi - 89 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Şirəliyev Cəmil Əliquli oğlu Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzinə müraciət edənə qədər başına hansı müsibətlərin gəldiyindən xəbərsiz olub. SİA-nın Şirvan bürosunun verdiyi xəbərə görə, C.Şirəliyev qarın nahiyyəsində yaranmış ağrılara görə, ona yenidən əməliyyat olunmasını məsləhət görüblər. Çünki rentgen müayinəsindən sonra onun qarın nahiyəsində yad cismin olduğu aşkarlanıb. Əməliyyatdan sonra məlum olub ki, xəstənin getdikcə artan ağrılarına səbəb onun qarnında əməliyyat zamanı istifadə olunan tutqac qayçısı olub.

Həkim-cərrah Elçin Kərimovun dediyinə görə, qayçı uzun müddət qaldığından bağırsağın 150 sm-lik hissəsini də kəsib götürmək lazım gəlib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Məlum olub ki, xəstə iki il öncə bıçaq xəsarəti aldığından Sabirabad rayon xəstəxanasında Seyfulla adlı həkim tərəfindən əməliyyat olunub. Naməlum səbəblərdən əməliyyat zamanı qayçı aləti xəstənin qarın boşluğunda qalıb.


\"\"


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə