Fövqəladə Hallar Nazirliyi Xəzərdə itkin düşən balıqçıların axtarışına başlayıb. SİA-nın nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlayıb.
Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB