Göygöldə qəzet köşklərini və mağazanı qarət edən şəxs həbs olunub

Göygöldə qəzet köşklərini və mağazanı qarət edən şəxs həbs olunub

13 noyabr tarixində gecə saatlarında rayonda fəaliyyət göstərən iki qəzet köşkü və bir ədəd ərzaq mağazasının qarət edildiyi barədə hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat daxil olub. İsti izlərlə keçirilən əməliyyatla oğru həbs edilib. Göygöl rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisəni əvvəllər də oğurluq cinayəti üzrə bir neçə dəfə məhkum edilən 1983-cü il təvəllüdlü İbrahimli Adil Rəşid oğlu törədib.

Bildirək ki həbsdən təzə çıxan Adil İbrahimli barəsində Cinayət Məcəlləsinin 177.2.3.4 cü maddələri ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə