Sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

Sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

Axşam saatlarında paytaxtda dəhşətli yol qəzası baş verib. SİA-nın xəbərinə görə, Bakı Metropoliteninin Qara Qarayev stansiyası yaxınlığında 212 saylı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusu aşıb. Hadisə yerinə xeyli sayda təcili yardım maşını gəlib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 sərnişin ölüb, 5-dən çox şəxs xəsarət alıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır, sərnişinlər arasında ölən və xəsarət alanların olduğu barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə