Qudada yanğın hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yanğın Aşağı Atuc kəndindəki baytarlıq məntəqəsində qeydə alınıb. Yanğın zamanı baytarlıq məntəqəsində heç kim olmayıb. Baytarlıq məntəqəsinin müdürü Fazil Əlipaşayev bildirib ki, yanğın zamanı 1 saat qabaq məntəqədən çıxıb. Məntəqə ilə qonşuluqda yaşayan sakinlər yanğını görüb və dərhal Quba Yanğından Mühafizə xəttinə zəng vurublar. Yanğın elektrik naqillərinin qısaqapanması nəticəsində baş verdiyi bildirilir.
Məlumat üçün bildirək ki, yanğın həmçinin baytarlıq idarəsinin bütün sənədlərini də külə döndərib.
Qeyd edək ki, yanğını söndürmək üçün FHN-nin 2 yanğınsöndürən maşınları yanğının qarşısını ala biliblər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB