Qubada üçotaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, aynabənddə və mətbəxdə tavan 45 kv.m sahədə yanıb. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB