Qaradağda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Qaradağda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Sahil qəsəbə sakini Şaiq Fətəliyev \"Deltabus\" markalı avtobusu idarə edərkən onu aşırıb.

Nəticədə xəsarət almış 5 nəfər sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə