Telefon ogrusu yaxalanıb

Xocalı polisi oğurluqla məşğul olan iki nəfəri saxlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, polisə müraciət edən Goranboy rayonunun Qaraçinar kənd sakini Nəcəfov Novruz şəxsi mağazasından 20 ədəd mobil telefonun və 142 manat nəğd pulun oğurlandığını bildirib.


Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, oğru və ya oğrular mağazaya dam örtüyünü sındırmaqla giriblər. Dərhal fakla bağlı Xocalı rayon polis şöbəsində araşdırmalara başlanıb. İstintaq axtarış tədbirləri nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşən hazırda Aşağı Ağcakənd qəsəbəsində yaşayan iki nəfər saxlanılıb. Məlum olub ki, cinayəti törədənlər 1988-ci il təvəllüdlü Şəhzadəyev Xəyal Nadir oğlu və 1989-cu il təvəllüdlü Mustafayev Anar Məzahir oğludur.


Qeyd edək ki, ilkin dindirmələr zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə