Ötən gün paytaxtda 9 yol qəzası qeydə alınıb

Ötən gün paytaxtda 9 yol qəzası qeydə alınıb

Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində "Mercedes" və "Kia" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Xəzər rayonunun Mərdəkan qəsəbəsində isə "Mercedes" və "BMV" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

SİA-nın Respublika Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, Kənar Dairəvi yolda "QAZ 2107" markalı avtomobil maneəyə dəyib və 2 nəfər xəsarət alıb.

Suraxanı rayonunun Qum adasında "Opel"lə "VAZ21011" toqquşub və 2 nəfər xəsarət alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə