Dəm qazı can almaqda davam edir

Binəqədi rayonunda yaşayan Davud Əliyev və həyat yoldaşı Samirə ötən gün dəm qazından zəhərlənmə diaqnozu ilə xəstaxanaya yerləşdiriliblər. Sabunçu rayon sakini Zümrüd Fərzəliyeva, Sumqayıt şəhər sakinləri Türkan Rəsulzadə, Rövşən Rüstəmov, Abşeron rayon sakinləri Kəmalə İbrahimova, Nuranə Abdullayeva, Zeynəb Hümbətova və qardaşı Məhəmməd, Gəncə şəhər sakini Ruslan Vəlizadə də öz evlərində dəm qazından zəhərləniblər.

SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, baş verən faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə