Qanunsuz silah satışı ilə məşğul olan şəxs yaxalanıb - FOTO

Qanunsuz silah satışı ilə məşğul olan şəxs yaxalanıb - FOTO

Gəncədə qanunsuz silah satışı ilə məşğul olan şəxs tutulub. SİA-nın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin istintaq qrupu tərəfindən keçirilən əməliyyatla Göygöl rayon Hacıməlik kənd sakini Qurbanzadə Əliağam Məhəmməd oğlundan 1 ədəd "TT" markalı tapança və silaha aid 8 ədəd patron aşkar edilərək götürüb. İstintaq zamanı adıçəkilən şəxsə silahı Gəncə şəhər sakini Əliyev Qurban Yunis oğlu 400 ABŞ dolları satdığı məlum olub.

Artıq faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə