Ağsu rayon ərazisindən silah-sursat tapılıb

Ağsu rayon ərazisindən silah-sursat tapılıb

Ağsuda yol kənarında zibilxanadan xeyli sayda silah-sursat tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinə naməlum şəxs zəng edirlərək Gürcuva kəndinə gedən yolun kənarında dağlıq ərazidə silah-sursat olduğu bildirib. Polis Şöbəsinin istintaq qrupunun əməkdaşları əraziyə baxış keçirərkən yolun kənarından tapdıqları kisənin içərisindən bir ədəd \"Kalaşnikov\" markalı qundaqlı avtomat, bir ədəd \"TOZ-8\" tüfəngi, 3 ədəd \"F-1\" markalı əl qumbarası və bir ədəd əl qumbarasının alışqanı, bir ədəd mina atan mərmisi, 55 ədəd TŞK patronu, 20 ədəd pulemyot patronu, 530 ədəd avtomat patronu, 2 ədəd avtomat sandıqçası aşkar edilərək götürülüb.


Məlumat üçün bildirək ki, silah-sursatın kim tərəfindən həmin əraziyə qoyulması, onlardan hansısa bir hadisənin törədilməsində istifadə edilib-edilməməsi araşdırılır.

Qeyd edək ki, faktla bağlı polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə