Qazaxıstan gəmisində həlak olan Azərbaycan vətəndaşlarının adı məlum oldu

Qazaxıstan gəmisində həlak olan Azərbaycan vətəndaşlarının adı məlum oldu
Bakıda partlayış baş verən Qazaxıstan gəmisində həlak olanlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zığ limanında balıqçı gəmisində partlayış zamanı həlak olan 4 nəfərin kimliyi məlum olub. Bunlar gəminin kpitanı 1964-cü il təvəllüdlü Hacı Həsən oğlu Xalutayev, mexanik Sahib Feyzullayev, matros Maarif Ağayev, qaynaqçı 1960-cı il təvəllüdlü Mehman Cəmil oğlu Hacıyevdir. İlkin ehtimala görə, hadisənin baş verməsinə gəminin təmiri zamanı ehtiyatsızlıq səbəb olub. Qaynaq işləri zamanı hansısa bölmədə qaz sız sızması böyük partlayışa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə