Fövqəladə Hallar Nazirliyi gəmidəki partlayışla bağlı məlumat yayıb. FHN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib.İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB