Gəmiqayırma zavodunda partlayış baş verib

Gəmiqayırma zavodunda partlayış baş verib

Zığ limanındakı gəmiqayırma zavodunda partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə partlayış təmirə dayanan gəmilərdən birində baş verib. Partlayış nəticəsində dörd nəfər dünyasını dəyişib.


İlkin ehtimala görə, partlayış qaynaq işləri aparılarkən baş verib. Partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində qeydə alınıb.


Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə