Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 15-də şəhər sakini Könül Hüseynovanın evində Ədalət Xankişiyev dəm qazından boğularaq ölüb. Sumqayıt şəhər sakinləri Vüsal Tağıyev, Türkanə Həsənova, Sunay Əliyeva, Simnarə Mürsəlova, Abşeron rayon sakini Elşən Tağıyev, Şirvan şəhərindəki 152 №-li Peşə Məktəbində yaşayan Ağdam rayon sakinləri Sevinc Məmmədova, qızları Ülkər və Həcər və Gəncə şəhər sakini Türkan Əliyeva öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB