Göyçayda torpaq sürüşməsi olub, yüksək təzyiqli qaz kəməri zədələnib

Göyçayda torpaq sürüşməsi olub, yüksək təzyiqli qaz kəməri zədələnib
Azərbaycanda daha bir torpaq sürüşməsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Aran Regional Mərkəzindən daxil olan məlumata əsasən, fevralın 14-də axşam saatlarında Göyçay rayon mərkəzindən 3 km şimal istiqamətində, dağlıq ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə, sürüşmə ərazisindəki Ərəb arxının qarşısı kəsilib, ərazidən keçən diametri 1200 mm olan yüksək təzyiqli qaz kəməri zədələndiyi üçün qaz sızması yaranıb.

Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası aidiyyəti idarələrin qüvvələri ilə birgə hadisə rayonunda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə