Bakıda su xəttində qəza baş verib

Bakıda su xəttində qəza baş verib
Bakı şəhəri Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində qəza baş verib. "Azərsu" Acıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, qəza ilə əlaqədar 15-16 fevral 2012-ci il tarixlərində paytaxtın Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə