Göygöldə cinayətkar dəstə zərərsizləşdirilib

Göygöldə cinayətkar dəstə zərərsizləşdirilib

Göygöl rayonunun Quşqara kəndi yaxınlığında yanacaqdoldurma məntəqəsini qarət etməyə cəhd göstərən cinayətkar dəstə zərərsizləşdirilib.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, fevral ayının 12-si dəstənin üzvləri Gəncə şəhər sakinləri 1987-ci il təvəllüdlü Əsədov Tural Fizuli oğlu və 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu həbs olunub. Aparılan istintaq zamanı cinayətdə təqsirli bilinən şəxslər etdikləri əməli etiraf ediblər.

Keçirilən digər bir əməliyyatla isə narkotik istifadəçisi tutulub. 14 fevral tarixində hüququ-mühafizə orqanı əməkdaşları tərəfindən Sabirabad rayon sakini Abbasov Emin Nazim oğlu həbs edilib. Onun üzərindən təxminən 12 qram qurudulmuş marixuana götürülüb. Həbs olunan şəxs ifadəsində narkotik vasitəni Kür çayı kənarından istifadə üçün yığdığını deyib.

Hazırda hər iki fakt üzrə Göygöl rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə