Sabir Rüstəmxanlının Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiası ləğv edilib
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına dünən 14 fevral 2012-ci ildə saat 16.30 da Yasamal rayon məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə baxılsa da məhkəmənin qərarı bu günə saxlanılmışdır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DAK-ın birləşməsindən dolayı bas verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 03 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 05 avqust 2011-ci ildə Səftər Rəhimli verdiyi müsahibələrində "Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur". Atalarda belə bir misal var deyir "Adımı sənə qoydum səni də yana–yana qoydum" deyə bildirərək "Əslində Sabir Rüstəmxanlının vaxtilə rus "KQB"si ilə macəralarından hər kəs danışır" deyə ifadə edib.
Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib. Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razlaşmamış və Apelliyasiya şikayəti vermişdir. Sonda Apelliyasiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərilmişdir. Binəqədi rayon məhkəməsi işi yenidən ləğv etmişdir. Sabir Rüstəmxanlı sonradan Yasamal rayon məhkəməsinə şikayət etmişdir. Yasamal rayon məhkəməsi ikinci baxışı 8 fevral 2012-ci ildə həyata keçirib, dünən isə üçüncü baxış keçirilsə də məhkəmənin qərarı bu günə saxlanılaraq 15 fevral 2012-cil saat 10.00 da elan olundu. Məhkəmənin qərarı ilə Yasamal rayon məhkəməsi S.Rüstəmxanlının Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasını əsasız hesab edilərək ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB