Gəncədə ev yandı - FOTO

SİA-nın bölgə müxbirinin məlumatına görə, Dədə Qorqud küçəsi-20 saylı binanın ikinci mərtəbəsində qeydə alının yanğın zamanı 3 otaqlı mənzilin yataq otağının 15 kv.m-i tamamiilə yanıb. Hadisə zamanı mənzil sahibləri evdə olmayıb və hadisənin bu səbəbdən törənə biləcəyi ehtimal edilir.

İlkin məlumatlara görə, mnzildə əşyalardan birinin elektrik cihazında yanılı qalması səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin rəsmiləri tərəfindən alovun qarşısı tez bir zamanda alınıb. Nəticədə alovun digər otaqlara keçməsinə imkan verilməyib.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə