Sumqayıt şəhərində mağazada partlayış olub

Sumqayıt şəhərində mağazada partlayış olub
Sumqayıt şəhərində mağazada partlayış olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verməsi nəticəsində mağazanın taxta konstruksiyalardan ibarət tavanı çöküb, ərzaq malları isə 2 kv.m sahədə yanıb.

Qeyd edək ki, yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə