Brilliant Dadaşova avtomabil qəzasına düşüb

Brilliant Dadaşova avtomabil qəzasına düşüb
Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Brilliant Dadaşova fevralın 12-də axşam saatlarında İstanbulda avtomobil qəzası keçirib. Qəza zamanı xalq artisti ilə yanaşı avtomabildə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi, balaban ifaçısı Əlixan Səmədovunda olduğu deyilir. Avtomobil iki maşınla toqquşsa da, içərisində olanlar yüngül xəsarətlə canlarını qurtara bilib. Sadəcə, Əlixan Səmədovun maşınının ön hissəsi ciddi zədələnib. Qeyd edək ki, hadisə zamanı Əlixan Səmədovun idarə etdiyi avtomobildə Brilyant Dadaşovadan savayı daha iki nəfər - xalq artistinin köməkçisi və meneceri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə