Fevralın 5-nə keçən gecə Bakı şəhər sakini Tural Muxtarova məxsus C.Cabbarlı küçəsində yerləşən mağazadan açar seçmə yolu ilə 270 manat, danışıq kartları və ərzaq malları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Binəqədi qəsəbə sakini Məmməd Sərxanov fevralın 12-də tutulub. Müəyyən olunub ki, o, fevralın 6-na keçən gecə İsfahani küçəsində yaşayan Elyas Hüseynova məxsus "VAZ-2106" markalı avtomobildən açar seçmə yolu ilə yaddaş kartı, açar, 4 ədəd səsgücləndirici, maqnitofon üzlüyü, fevralın 12-ə keçən gecə Ramazanov küçəsində yerləşən 179 saylı orta məktəbin kompyuter otağından pəncərədən keçmə yolu ilə 2 ədəd monitor, fevralın 5-ə keçən gecə isə Binəqədi qəsəbəsində Bəybala Meybullayevə məxsus "VAZ-2104" markalı avtomobildən maqnitofon və 2 ədəd səsgücləndirici oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB