Göygöl rayonunda ailə faciəsi baş verib. Bir ailənin 4 üzvü konservləşdirilən pomidor turşusundan zəhərlənib. Nəticədə Bağırovlar ailəsinin üzvlərindən biri, 1960-cı il təvəllüdlü Bağırova Tamella Kamran qızı dünyasını dəyişib.
Bağırova Tamella və onun gəlini Göygöl rayon Mərkəzi Xəstəxanasına zəhərlənmədən iki gün sonra vəziyyətləri ağırlaşdıqdan sonra gətirilib. Ancaq edilən tibbi müdaxilə nəticə vermədiyindən xəstə Bakıya aparılsa da yolda keçinib. Həkimlərin fikrincə, qadının ölümünə səbəb pomidorun konservləşdirilməsi zaman gigiyenik normalara əməl edilməməsi olub.
Hazırda Göygöl rayon Prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB