Hava şəraiti ilə əlaqədar yolda qalan şəxslər xilas olunub

Hava şəraiti ilə əlaqədar yolda qalan şəxslər xilas olunub
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hava şəraiti ilə əlaqədar yolda qalan şəxsləri xilas ediblər.

SİA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində "Hyundai" və "Mercedes" markalı 2 minik avtomobili, "Ford" və "Suzuki" markalı 2 sərnişin avtobusu hava şəraiti ilə əlaqədar yolda çətin vəziyyətlə üzləşib. Xilasedicilər müvafiq texnika vasitəsilə yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə