Ağdamda bir ailənin evi yanaraq külə döndü

Ağdamda bir ailənin evi yanaraq külə döndü

Ağdam rayonun Xındırıstan kəndində iki otaqlı ev yanıb. Yanğın zamanı evdə olmayan ailə geri döndükdə dəhşətli mənzərə ilə qarşılaşıb.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, elektrik naqillərində qısa qapanmadan baş verən yanğın az bir müddətdə genişlənərək ətrafı bürüyüb. Alov evin bütün əşiyalarını yandıraraq kül edib. Alov FHN yanğından mühafizə xidmətinin əməkdaşlarının köməkliyi ilə söndürülüb.

Hadisə yerinə iki yanğın söndürən maşın cəlb edilib.


Qeyd edək ki, evsiz-eşiksiz qalan ailənin maddi imkanı çatmadığından evini yenidən bərpa edə bilmir. Bu səbəbdən də rayon icra hakimiyyətindən və aidyəti qurumlardan kömək istəyir.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə