Bakı Şəhər Baş Polis İdarəsi və prokurorluğu xarici vətəndaşın ölümü ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi və prokurorluğu xarici vətəndaşın ölümü ilə bağlı məlumat yayıb

Fevralın 4-də Nəsimi rayonunun İ.Qasımov küçəsindəki 10 nömrəli binanın 36-cı mənzilində kirayədə yaşayan Kanada vətəndaşı Smit Stefen Markın üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğundan SİA-ya məlumat daxil olub. Məlumatda deyilir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə müasir kriminalistik texniki vasitələrdən istifadə etməklə hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri görülüb.

Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, S.Markın ölümünə səbəb onun dəm qazından zəhərlənməsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə